Belçikada qatarla məktəbli mikroavtobusu TOQQUŞDU - YENİLƏNİB

Belçikada məktəbli mikroavtobusun qatarla toqquşması nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Jan-Lük Kruke açıqlama verib.
"Infrabel" şirkəti ilkin olaraq toqquşma anında keçidin bağlı olduğunu təsdiqləyib.
Qəzanın dəqiq səbəblərini araşdırmaq üçün isə yol-nəqliyyat hadisələri üzrə ekspert təyin edilib.
***
Belçikanın Büggenhaut şəhərində qatar içərisində məktəblilər olan mikroavtobusla toqquşub. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Belçikanın VRT telekanalı məlumat yayıb.
Qəza səhər saat 8:15-də (Bakı vaxtı ilə 10:15) Veyrheyzen ərazisindəki dəmiryol keçidində olub. Dəmiryol infrastrukturunun operatoru olan "Infrabel" şirkəti insidentin baş verdiyini təsdiqləyib.
Hadisə nəticəsində ölənlərin sayı hazırda müəyyənləşdirilir. Fövqəladə hallar xidmətləri ərazidə işlərini davam etdirirlər.
"Infrabel" şirkətindən bildirilib ki, toqquşma anında keçid bağlı olub: şlaqbaumlar endirilib, işıqfor qırmızı siqnal verib. Mikroavtobusun hansı şəraitdə relslərin üzərinə çıxması isə polis və prokurorluq tərəfindən araşdırılır.
Müşahidə kameraları da qəza zamanı keçidin qapalı olduğunu təsdiqləyib. Operatorun sözlərinə görə, maşinist təcili tormozlama sistemini işə salsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Qatarın 100-ə yaxın sərnişini təxliyə edilərək yanğından mühafizə xidmətinin binasına yerləşdirilib və onlara lazımi köməklik göstərilir. Bir nəfərin şok vəziyyətində olduğu qeyd edilir.
Dendermonde və Londerzel arasındakı dəmiryol əlaqəsində ciddi fasilələr yaranıb, bu səbəbdən alternativ avtobus marşrutları təşkil olunub.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












