Bülbül prospektində dəhşətli qəza: Motosiklet “Prius”la toqquşdu - VİDEO

Növbəsini gözləməyən motosiklet sürücüsü idarəetməni itirərək avtomobillə üz-göz oldu.
Avtosfer.az xəbər verir ki, hadisə günorta saatlarında, Bülbül prospektindəki yol ayrıcında qeydə alınıb. Avtomobilin videoregistratorunda əks olunan görüntülərdən aydın olduğu kimi öz növbəsindən yolu qarşı tərəfə keçən avtomobil sol istiqamətdən yüksək sürətlə hərəkət edən motosikletin hədəfinə çevrilib. Yüksək zərbəylə “Prius”un önünə düşən motosiklet sürücüsü ağır xəsarətlər alıb. Motosikleti və havada uçaraq yerə düşən yük çantası isə avtomobilin sol tərəfində qalıb. Maşınından düşən sürücü yaralanan şəxsə kömək etməyə çalışarkən avtomobilinin hərəkət etməsini görərək cəld maşının söndürməyə təşəbbüs edib. Daha sonra yol boyunca hərəkət edən piyadalar mövcud qəza yerinə gələrək kömək etməyə çalışıblar.
Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü yolun boş olduğunu görərək və işıqforda son saniyələrin olduğunu nəzərə alaraq sürəti artırıb keçmək istədiyini bildirib. Həmçinin o, ifadəsində sifarişi vaxtında çatdırmaq üçün fikrini cəmləyə bilmədiyini və bu səbəbdən tələsdiyini qeyd edib.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












