Cəlilabadda 45 yaşlı piyadanı avtomobil vurub

Qəzalar 15 Yanvar 2020 22:45
Cəlilabadda 45 yaşlı piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə olun
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçən rayon sakini, 1975-ci il təvəllüdlü Qaraşov Asəf Poladxan oğlunu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1348
ŞƏRH YAZ
Ad

E-mail

Şərh