Cəlilabadda avtomobil daş hasara çırpılıb, ata və övladı xəsarət alıb

Qəzalar 1 May 2023 15:20
Cəlilabadda avtomobil daş hasara çırpılıb, ata və övladı xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhər avtovağzalı ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili daş hasara çırpılıb. Qəza nəticəsində 1976-ci il təvəllüdlü Mirfəttah Təhməzov və qızı, 2012-ci il təvəllüdlü V.Təhməzova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxunub : 780
ŞƏRH YAZ
Ad

E-mail

Şərh