Banner

Cəlilabadda zəncirvari qəza: Yaralılar var - FOTO

Qəzalar 20 Sentyabr 2026 19:01
Cəlilabadda zəncirvari qəza: Yaralılar var   - FOTO
WhatsApp kanalımıza abunə olun

Cəlilabadda ağır yol qəzası baş verib.

Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, “VAZ-21099” və “Toyota Prius” markalı minik avtomobilləri toquşub.

Daha sonra zərbənin təsirindən “Toyota Prius”  “VAZ-2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.

Oxunub : 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh