Dağlıq yolda dərəyə aşan maşının sərnişini öldü - DYP-dən XƏBƏRDARLIQ - VİDEO

Aprelin 24-ü saat 08:00 radələrində Lerik rayonu Zenoni kəndi ərazisində “Ford Transit” markalı yük avtomobil əks hərəkət zolağına çıxaraq 90 metr dərinlikdə dərəyə aşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə xəsarət alan 67 yaşlı sürücü Elman Qasımov, eləcə də sərnişinləri –59 yaşlı Zakirə Bəşirova və 68 yaşlı Rəsmiyyə Qasımova xəstəxanaya çatdırılsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb:
"İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb dağlıq relyefə malik yolda sürət həddinin yol şəraitinə uyğun seçilməməsi və kəskin manevretmə göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!".
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO












