Dayanacaqda partlayış: 4 nəfər xəsarət aldı - VİDEO

Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyat dayanacaqlarının birində əldəqayırma bomba partlayıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, hadisə Pakrovka küçəsində yerləşən evlərə yaxın bir yerdə baş verib. Dayanacaqda əldəqayırma qurğunun partlaması nəticəsində 4 nəfər xəsarət alıb. Sınan şüşələrin qəlpələri onların bədəninə girib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə dərhal Rusiya Federasiyasının Fövqəladə hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hələ ki, bombanın hansı səbəbdən və kimlər tərəfindən partladılması məlum deyil.
İstintaq idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliəkbərovun verdiyi məlumata görə, əldəqayırma qurğu evlərə, maşınlara yaxın olduğu üçün onu ya maşın, ya da evin pəncərəsindən də ata bilərdilər.
Qurum rəsmisinin sözlərinə görə hazırda məsələ ilə bağlı "Dələduzluq" maddəsi üzrə cinayət işi qaldırılıb, axtarış və şübhəlilərin tutulması üçün bütün lazımi tədbirlər görülür.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












