Azərbaycanda deputat qəzaya düşdü: Ölən var

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.
Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Ordubad Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub.
Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO












