Ünvan, yol, işıq problemi: Sumqayıtlılardan şikayət

Sumqayıt şəhərinin Corat bağları kimi tanınan yaşayış massivində müxtəlif problemlər narazılıq yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayit24.az-a şəhid Şirin Qurbanov küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, ərazidə uzun illərdir həllini tapmayan əsas problemlərdən biri yaşayış evlərinə rəsmi ünvanların verilməməsidir.
Bildirilib ki, küçə və evlərin rəsmi ünvanı olmadığından sakinlər gündəlik həyatda çətinliklərlə üzləşirlər. Belə ki, taksi sifariş edərkən, təcili tibbi yardım və digər xidmətləri çağırarkən dəqiq ünvanı bildirmək mümkün olmur. Nəticədə, əraziyə ilk dəfə gələn şəxslər lazım olan ünvanı tapmaqda çətinlik çəkirlər.
Vətəndaşlar qeyd edirlər ki, bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək problemin həlli istiqamətində konkret addım atılmayıb.
Bundan əlavə, ərazidə elektrik təchizatı ilə bağlı da problemlərin olduğu bildirilir. Sakinlər xüsusilə küləkli havalarda elektrik enerjisinin verilişində fasilələrin yarandığını, işıqların tez-tez yanıb-söndüyünü deyirlər.
Vətəndaşların narazı qaldığı digər məsələ isə yolların vəziyyətidir. Onların sözlərinə görə, küçələr asfaltlanmadığından xüsusilə yağışlı havalarda hərəkət çətinləşir. Yollarda yaranan palçıq və çalalar həm piyadaların, həm də sürücülərin gediş-gəlişinə mane olur.
Sözügedən problemlə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Nizami Rəsulov bildirib ki, şəhər ərazisində yolların təmiri və asfaltlanması işləri sakinlərdən daxil olan müraciətlər, ərazilərin mövcud vəziyyəti və prioritet ehtiyaclar nəzərə alınmaqla hər ilin əvvəlində hazırlanmış tədbirlər planına uyğun olaraq həyata keçirilir.
"2027-ci il üzrə də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görüləcək işlər daxil olmuş müraciətlər və müvafiq qiymətləndirmələr əsasında, ilk növbədə ictimai nəqliyyatın hərəkət etdiyi marşrut istiqamətlərinə (33, 39 və 10A nömrəli avtobus marşrutlarının hərəkət etdiyi yollar), əhalinin intensiv istifadə etdiyi əsas yollara və nəqliyyatın hərəkətində çətinliklərin müşahidə olunduğu ərazilərə üstünlük verilməklə müəyyənləşdiriləcəkdir.
Şəhid Şirin Qurbanov küçəsi ilə bağlı sakinlərin müraciəti də nəzərə alınaraq, ərazidəki mövcud vəziyyət və asfaltlanma zərurəti 2027-ci il üzrə tədbirlər planının hazırlanması zamanı qiymətləndiriləcəkdir. Xahiş edirik, nəzərə alasınız".
Digər məsələlər ilə bağlı isə Sumqayıt şəhər İcra Hakimiyyətinə və "Azərİşıq" ASC-nin mətbuat xidmətinə sorğu ünvanlanıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












