Dumanlı havada ard-arda 3 qəza baş verdi

Bu gün səhər saatlarındahavanın qatı dumanlı olması səbəbindən Bakı-Qazax magistralında yol-nəqliyyat hadisələri baş verib. APA-nın məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb. Saat 07.00 radələrində “Qazel” markalı avtomobillə Hacıqabul rayonu Padar kəndində yola xidmət edən “Polat” şirkətinin fəhləsi, Oğuz rayon sakini, 1991-ci il təvəllüdlü İqrar Daşdəmirov vurulub. Digər avtoqəza 08.30 radələrində Atbulaq kəndi ərazisində qeydə alınıb. “VAZ 21011” markalı avtomobilin aşması nəticəsində qadın sərnişin xəsarət alıb. Hər iki yol-nəqliyyat hadisəsində xəsarət alanlar Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Digər avtoqəza isə saat 09.00 radələrində Muğan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Cobalt” markalı 10 PU 793 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb. Yol-nəqliyyat hadisələrinin baş verməsinə qatı dumanlı (görmə məsafəsi 40-50 metr) hava şəraitinin səbəb olduğu bildirilib. Hər 3 faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












