Əks yola keçmək istədi, qəza törətdi - FOTO

Gecə radələrində baş verən qəzanın bəzi təfərrüatları aydın olub.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hərəkət qaydalarını pozan “BMW” əks yola keçmək istəyərkən qəza törədib.
Hadisə yerinə gələn polis əməkdaşları qəza törədən sürücünün hadisə yerindən qaçdığını bildiriblər.
02:26
Bakıda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Neftçilər prospektilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobilin sürücüsü Yol hərəkəti nişanının tələbini pozaraq Yusif Səfərov küçəsinə daxil olub.
Yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi əks yolda gedən "Naz Lifan" markalı avtomaşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, "BMW" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












