Goranboyda “07" və pikap toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az-ın məlumatına görə, bu gün Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlunun idarə etdiyi “VAZ-2107” markalı 22-BL-409 dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonunda qeydiyyatda olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi 77-QA-567 dövlət qeydiyyat nişanlı pikapla toqquşub.
Qəza nəticəsində Məhəmməd Bayramov vəfat edib.
Onun maşınında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu, 2001-ci il təvəllüdlü Babayev Uğur Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Allahyarov Məftun Namiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Pikapın sürücüsü və sərnişinlər - Qaradağ rayon qeydiyyatında olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1980-ci il təvəllüdlü Hacıbabayev Samir Gülbaba oğlu, Qaraçinar kəndində müvəqqəti yaşayan 1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfail qızı müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.
***
Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - VİDEO
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO










