"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı

Bakıda avtomobil gətirmək vədi ilə vətəndaşın 261 130 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs polis tərəfindən saxlanılaraq həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü M.M.-ni aldadan Ülvi Cəlilzadə öz adına "Avtolayn" adlı şirkət təsis edərək ona xarici ölkələrdən - ABŞ və ərəb ölkələrindən sərfəli qiymətə "Range Rover" və digər markalı avtomobillər gətirəcəyini vəd edib.
Tərəflər arasında bu ilin iyun-iyul aylarında əldə olunan razılaşmaya əsasən, zərərçəkmiş şəxs ümumilikdə 261 130 manat vəsaiti bank vasitəsilə xarici ölkədəki hesaba köçürüb.
Lakin vəd edilən avtomobillər gətirilməyib. Ü.Cəlilzadə hər dəfə avtomobillərin artıq alındığını, yolda olduğunu və sənədləşmə işlərinin aparıldığını bildirərək zərərçəkmişi gözləməyə məcbur edib.
Müəyyən olunub ki, əslində avtomobillərin alınması və gətirilməsi istiqamətində heç bir iş görülməyib. Şəxs tərəfindən zərərçəkmişə təqdim edilən məlumat və sübutların da saxta olduğu üzə çıxıb.
Aldadıldığını anlayan vətəndaşın müraciəti əsasında polis tərəfindən cinayət işi başlanılıb. Həyata keçirilən tədbirlərlə Ü.Cəlilzadə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO












