ADY gecikən qatara görə sərnişinlərə hansı halda bilet pulunu qaytarır? – RƏSMİ

Qatarların gecikməsi sərnişinlərin səfər planlarına təsir etməklə yanaşı, bilet pulunun geri qaytarılması məsələsini də gündəmə gətirir. Belə hallarda sərnişinlərə kompensasiya ödənilməsi gecikmənin səbəbindən və müddətindən asılıdır.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, şəhərlərarası (rayonlararası) istiqamətlərdə hərəkət edən qatar ADY-nin məsuliyyətində olan texniki və ya əməliyyat səbəblərindən gecikmə ilə çatdıqda sərnişinlərə biletin dəyərinin geri qaytarılması nəzərdə tutulur.
Belə ki, gecikmə 1 saatdan 2 saatadək olduqda biletin dəyərinin 25 faizi, 2 saatdan 4 saatadək olduqda 50 faizi, 4 saatdan çox olduqda isə 100 faizi sərnişinə qaytarılır.
Qatarın gecikməsinə hər hansı təbiət hadisəsi, o cümlədən güclü külək, sıx duman, leysan, subasma və digər təbiət hadisələri, qatarın qarşısına qəfil insan və ya digər maneələrin çıxması, kənar müdaxilələr, habelə ADY-nin məsuliyyətinə aid olmayan digər fövqəladə və qarşısıalınmaz hallar səbəb olduqda biletin dəyərinin geri qaytarılması nəzərdə tutulmur.
Eltac
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR
Bloqer Fərid Rəsul Amerikada cərimələndi - ŞOK RƏQƏM - VİDEO
Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
Cücələr təyyarə ilə daşındı - FOTO
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR












