Göygöldə avtomobi traktorla toqquşub, 3 yaralı
Qəzalar
18 Dekabr 2015 23:56

Hadisə Mollacəlili kəndinə gedən yolda qeydə alınıb
Göygöldə 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Mollacəlili kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Azər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə traktor toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü və avtomobildə olan iki nəfər, 1994-cü il təvəllüdlü Mənsur Əsgərov və 1997-ci il təvəllüdlü Şahmar Abdiyev müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A.Mahmudovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 1370
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
ŞƏRH YAZ












