İngiltərədə qatarlar toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb, 33 nəfər xəstəxanaya yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Britaniya Nəqliyyat Polisi məlumat yayıb.
"Otuz üç nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. Digər 56 nəfər isə aldıqları xəsarətlərlə bağlı tibbi yardım alıb", - deyə açıqlamada bildirilir.
Daha əvvəl toqquşma nəticəsində bir nəfərin öldüyü bildirilmişdi. Polis ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu müəyyən edib.
***09:28
İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayının 50-100 nəfər arasında olduğu ehtimal edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Times" hadisə şahidinə istinadən məlumat yayıb.
Sərnişinlərdən biri nəşrə bildirib ki, müxtəlif dərəcəli xəsarətlər alan onlarla insan görüb.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, hər iki qatar London şəhərindəki "St. Pancras" vağzalına doğru hərəkət edirmiş. Qatarlardan biri Nottingem şəhərindən, digəri isə Korbi yaşayış məntəqəsindən yola çıxıb.
İlkin məlumata əsasən, birinci qatar avtomatik əyləcləmə həyata keçirən təhlükəsizlik sistemində nasazlıq yarandığı üçün dayanıb. Bundan sonra arxadan gələn ikinci qatar onun son vaqonuna çırpılıb.
Qəza "Bedford" vağzalından təxminən 4 kilometr cənubda baş verib. Hadisə ilə əlaqədar həmin ərazidə qatarların hərəkəti dayandırılıb.
***23:00, 19 iyun
İngiltərənin mərkəzində Bedford şəhəri yaxınlığında iki qatar toqquşub.
Avtosfer.az xəbər verir ki, bu haqda “The Daily Telegraph” məlumat yayıb.
Yerli vaxtla 17:15-də baş verən qəza nəticəsində xəsarət alanların olduğunu bildirir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












