İmişlidə 18 yaşlı qızı traktor vurub

İmişli rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Vidadi Fətullayev idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2007-ci il təvəllüdlü qız İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ dirsəyin, sol budun, sol qasıq nahiyəsinin, sağ sağrı nahiyəsinin, hər iki diz nahiyəsinin sıyrılmış, əzilmiş yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












