“İnfiniti”ni aşıran sürücü 100 gün sonra öldü...

Bir neçə ay əvvəl Qaxda ağır yol qəzası törədən sürücü xəstəxanada vəfat edib.
Avtosfer.az xəbər verir ki, ötən il sentyabrın 17-də saat 23 radələrində 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu idarəetmə hüququ olmadan sərxoş halda sürdüyü “İnfiniti” markalı avtomobili aşırıb.
Həmin vaxt avtomobili Qax rayonu, Güllük kəndi ərazisindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyib. Avtomobilin aşması nəticəsində sərnişin Mustafayev Elsevər Niyazi oğlu yüngül xəsarət alıb, K.Kamalovun özü isə həmin vaxt xəstəxanaya yerləşdirilib. Lakin 100 gündən artıq davam edən müalicəyə baxmayaraq o, yanvarın 4-də xəstəxanada ölüb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.(Qafqazinfo)
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO











