İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü

İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.
30 noyabr tarixində günorta saatlarında baş verən qəza zamanı motosiklet sürücüsü, 38 yaşlı Yunus Emre Göçer hərəkətdə olan motosikletinin sürətini azaldıb və yolun kənarında saxlamaq istəyib. Eyni istiqamətdə hərəkət edən Somali prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun avtomobili motosikletə arxadan çırpılıb. Nəticədə Yunus Emre Göçer ağır yaralanıb.
Hadisə yerinə gələn sağlamlıq qrupları motosiklet sürücüsünü təcili yardımla xəstəxanaya aparıb və o, reanimasiyada müalicə olunub.
Somali prezidentinin oğlu isə polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.
Qəza anı anbaan təhlükəsizlik kamerasına əks olunub.
Nəticədə biri əlil olan iki uşaq atası Yunus Emre Göçer altı gün sonra xəstəxanada dünyasını dəyişib.
Onun cəsədi Ədliyyə Tibb Qurumunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Cənazə götürüldüyü zaman Göçerin dostları motosikletləri ilə müşayiət ediblər.
Göçerin dostu Yusuf Özsoy günahkarın saxlanmaması ilə bağlı etirazını bildirib.
“Hüquqi proseslər davam edir, dostumuzu bu gün dəfn edəcəyik. Hadisə yerinə gələn yol polisləri heç bir görüntünü izləmədən sənəddə qeyd etdilər ki, motosikletçi idarəetməni itirib, daha sonra isə səkiyə çırpılaraq avtomobilin qarşısına düşüb. Vəkilimiz vasitəsilə əldə etdiyimiz görüntülərdə avtomobilin hətta əyləci də basmadığı, dostumuza arxadan çırpıldığı əks olunub. Onu vuran şəxs isə həbs edilməyib”, - deyə o qeyd edib. (oxu.az)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












