Kamaz 10 metrdən aşağı düşdü - VİDEO

İstanbulun Sarıyer ərazisində hərəkətdə olan yük maşını idarəetməni itirərək 10 metr yüksəklikdən aşağı düşüb. Baş vermiş qəza nəticəsində yük maşınının sürücüsü yaralanıb.
Avtosfer.az xəbər verir ki, dəhşətli qəza gecə saat 23.00 radələrində İstanbul Sarıyer Özdereiçi Prospektində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücünün sükanı buraxması nəticəsində Sarıyer tuneli istiqamətində hərəkətdə olarkən “16 ASJ 292” dövlət nömrə nişanlı qida dolu yük maşını 10 metr hündürlükdən aşağı uçub. Yük maşınının düşdüyü yerə yaxın olan fərdi ev fəlakətdən çətinliklə xilas olub. Küçədəki elektrik dirəklərindən birinə çırpıldıqdan sonra onlarla birlikdə yuvarlanan yük maşını evin bir neçə metr qarşısında başıaşağı dayanıb. Hadisə zamanı yük avtomobilindən düşən sürücü yüngül bədən xəsarətləri alıb. Belə ki, qəzanın şahidi olan vətəndaşlar hadisə barədə polisə, yanğınsöndürənlərə və tibbi yardım heyətibə xəbər verib. Xəsarət alan yük maşınının sürücüsü ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Qəza yerinə gələn TEDAŞ komandaları ehtiyat məqsədi ilə elektrik enerjisini kəsdikdən sonra yük maşınını düşdüyü yerdən xilasetmə işlərinə başlayıblar. Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.
Qəza şahidi olan qonşu - Erdal Hamurcu hadisəni belə izah edib: "Evdə oturmuşdum, saat 11 tamama az qalırdı. Evin üzərinə sanki təyyarə düşüb kimi bir səs hiss etdim. Hətta dünyanın qiyamət günü yaxınlaşır kimi bir səs idi. Çıxıb baxdıq. Yüklə dolu yük maşını elektrik dirəyinə dəydi və dirəklə birlikdə aşağı düşdü. VSürücü yolun ortasında idi. Yük avtomobilində bir nəfər var idi. Sürücünü danışdırmağa başladılar. O, yerdə uzanmışdı. Əvvəl təcili yardım gəldi, sonra yanğınsöndürmə və polis komandaları özünü çatdırdı və ardıyca siz özünüzü hadisə yerinə yetişdirdiniz. Məlum oldu ki, yük maşınında cəmi bir sürücü var”.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












