Kürdəmirdə dərəyə düşən “07” yanaraq kül oldu - VİDEO

Kürdəmir rayonunun Atakişili kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 4-ü saat 12:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Qəza nəticəsində maşın elektrik dirəyinə çırpılıb və anidən alışıb.
Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Yanan avtomobilin qarşısını almaq mümkün olmayıb və o külə dönüb. Xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.
Hadisə yerinə Dövlət Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. Videonu təqdim edirik:
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












