Kürdəmirdə “KamAZ” beton səkiyə çırpılıb, sürücü xəsarət alıb - FOTO
Qəzalar
4 Aprel 2024 09:00

Kürdəmir rayonunda “KamAZ” yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də, rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşınının sürücüsü, Zəngilan rayon sakini, 51 yaşlı Abdullayev Seymur Sahib oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq beton səkiyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan yük də yola dağılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda fakt araşdırılır.
report
Oxunub : 1154
DİGƏR XƏBƏRLƏR
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
ŞƏRH YAZ














