Kürdəmirdə “QAZ-3110” “Ford”a çırpıldı: xəsarət alanlar var - FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Sadıqov Ayaz Qismət oğlu “QAZ-3110” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan,1981-ci il təvəllüdlü Gəncə sakini Cəfərov Fərid Maarif oğlunun idarə etdiyi “Ford” tranzit markalı mikroavtobusa çırpılıb. Nəticədə “Ford” yoldan çıxaraq aşıb. Hadisə zamanı “QAZ-3110”un sürücüsü A.Sadıqov, “Ford”un sürücüsü F.Cəfərov və onun sərnişini, 1979-cu il təvəllüdlü Gəncə sakini Cavadzadə Mikayıl Fəxrəddin oğlu müxtəlif növ ağır bədən xəsarəti alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

























