Maşın aşdı - Ailənin 4 üzvü yaralandı

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyanın Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lerik rayon sakini, 40 yaşlı Azad Cəmil oğlu Ağayev idarə etdiyi "Oka" markalı avtomobil ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü, maçının içərisində olan Lerik rayon sakinləri - 79 yaşlı Arəstə Hidayət qızı Ağayeva, 52 yaşlı Şamama Cəmil qızı Ağayeva və 40 yaşlı Rəna Balamirzə qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra, Bakıda yaşadıqları üçün öz istəkləri ilə paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












