Üç nəfəri öldürən sürücü "günahsızam" dedi - "Qaziyəm, zəif görürəm, travma almışam" - VİDEO

Ali Məhkəmədə Şəmkirdə yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən Elməddin Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hadisə 16 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkirin Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Elməddin Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq Sənan Allahverdiyevin idarəetdiyi “VAZ-2106" markalı avtomobillə toqquşub. Bu zaman “VAZ-2106" markalı maşın Bayram Gözəlovun idarə etdiyi “VAZ-2107" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü Bayram Gözəlov, onun sərnişinləri – həyat yoldaşı Gəncalə Əliyeva və qadının qardaşı qızı Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib. Bayram Gözəlovun övladları - Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin, onun qayınanası Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiliblər. Eyni zamanda "Mercedes"in sürücüsü Elməddin Zeynalov və "VAZ-2106"nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.
Daha sonra Elməddin Zeynalov məsuliyyətə cəlb edilib. Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Elməddin Zeynalov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, II Qarabağ müharibəsidə iştirak edib və qaziliyi təsdiq olunub. Təqsirləndirilən şəxs müharibədə iştirak edən zaman baş nahiyəsindən travma aldığını, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq yarandığını söyləyib. Bildirib ki, onun hər iki gözündə görməkdə zəiflik, həmçinin qulağında ağır eşitmə olub və müharibə vaxtı həmin xəsarətləri alıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












