Narkobaronun tutulmasında iştirak edən 14 nəfər helikopter qəzasında öldü

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Black Hawk” helikopteri şimaldakı Sinaloa ştatında qəzaya uğrayıb.
Hadisə nətcəsində 14 nəfər həlak olub.
Helikopterdə ümumilikdə 15 nəfər olub, onlardan biri sağ qalıb, həmin şəxsə tibbi yardım göstərilir.
Təbii fəlakətin səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
Hərbi Dəniz Qüvvələrinin hesabatında vurğulanır ki, qəza narkobaron Rafael Karo Kinteronun iyulun 15-də həmin əyalətdə həbs edilməsi ilə bağlı deyil.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador isə “Twitter” hesabında məlumat verib ki, Sinaloada qəzaya uğrayan Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin göyərtəsində olan əsgərlər narkobaronun tutulmasında iştirak ediblər.
Meksika Hərbi Dəniz Qüvvələri 1985-ci ildə ABŞ narkotik agentini öldürməkdə təqsirli bilinən və sərbəst buraxıldıqdan sonra gizlənən Kinteronu ələ keçirdiklərini bildirib. Narkobaronun həbsi Hərbi Dəniz Qüvvələrinin mesajında “Meksika və ABŞ hüquq-mühafizə orqanlarının böyük qələbəsinin nəticəsi” adlandırılır.
KİV meksikalı rəsmiyə istinadən xəbər verir ki, Kintero ABŞ-ın təzyiqi ilə həbs edilib.
Mənbə: İnterfaks
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB











