Banner

Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO

Hadisə 24 Noyabr 2026 18:00
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində itə qarşı növbəti amansızlıq hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Seyid Əzim Şirvani küçəsində, Kərpic zavodu yolunda qeydə alınıb.

Təhlükəsizlik kamerasına düşən görüntülərdən görünür ki, bir nəfər itin ayaqlarını kəndirlə bağlayaraq onu zibilliyə atıb və ərazidən uzaqlaşıb.

Hadisədən sonra əraziyə gələn qəsəbə sakini hər gün yemək verdiyi itin öldürüldüyünü görüb. Onun sözlərinə görə, heyvanın baş və qarın nahiyəsinə deşici xəsarətlər yetirilib. İt ayaqları bağlı vəziyyətdə öldürüldükdən sonra zibilliyə atılıb.

Qeyd edək ki, bir neçə ay əvvəl də Müşfiqabad qəsəbəsində heyvana qarşı oxşar qəddarlıq hadisəsi baş vermişdi. Belə ki, yaşlı kişi hamilə iti amansızcasına döyərək yaşayış binasının 7-ci mərtəbəsindən yerə atmışdı. Həmin şəxs törətdiyi əmələ görə 25 sutka inzibati qaydada həbs edilmişdi.

Görünən odur ki, heyvanlara qarşı qəddarlıq edən şəxslər üçün tətbiq olunan cəzalar heç də çəkindirici təsir göstərmir. Heyvanların müdafiəsi ilə bağlı qəbul edilən qərarlara və qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə baxmayaraq, bu cür vəhşiliklərin qarşısı alınmır. Əksinə, heyvanlara qarşı amansız rəftar halları səngimək bilmir.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229193.html

 

 

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh