Banner

Qubada piyada qəza qurbanı oldu: Sürücü qaçdı

Qəzalar 24 Noyabr 2026 23:14
Qubada piyada qəza qurbanı oldu: Sürücü qaçdı
WhatsApp kanalımıza abunə olun

Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh