«Mercedes» «VAZ»la toqquşdu - 3 yaralı - FOTO

Şəmkirdə ağır yol qəzası baş verib. Avtosfer.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzasında 3 nəfər xəsarət alıb. Hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomagistralının Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Əliyaqublu kənd sakini 34 yaşlı Ceyhun İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil rayonun Keçili kəndi istiqamətindən gələn “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə «VAZ»-da olan 2 nəfər – sürücü 45 yaşlı Kamran Əsgərov və sərnişini 44 yaşlı Əşrəf Məhərrəmov ağır bədən xəsarətləri alıb.
Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. “Mercedes”in sürücüsünə isə ambulator yardım göstərilib.
Həkim Anar Qasımov yaralıların səhhəti barədə məlumat verib: “Şəmkir Mərkəzi Rayon Xəstəxanasına qəza nəticəsində xəsarət alan 3 nəfər gətirilib. Xəstələrdən birinə yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki xəstə hazırda stasionar müalicədədir. Onların vəziyyəti orta-ağır qiymətləndirilir”.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb «VAZ 2106»-nın sürət həddini aşması olub. Qəzanın dəqiq səbəbi isə polisin araşdırmasından sonra bilinəcək.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO













