Naməlum avtomobillər qadınları vurub qaçdı

Bakıda naməlum avtomobil piyadanı vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 10-da saat 09 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ləman Hüseynli vurulub. L.Hüseynliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxşar hadisə dekabrın 10-da saat 16 radələrində Gəncə şəhərinin Nizami küçəsində də baş verib. Müəyyən edilməmiş avtomobillə yolu keçən Göygöl rayon sakini Gülnar Verdiyeva vurulub. G.Verdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












