Qatı duman ağır yol qəzasına səbəb oldu: 4-ü ağır, 29 yaralı - FOTO

Türkiyənin Isparta əyalətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, hadisə yanvarın 15-də səhər saatlarında Isparta – Konya trasının Şarkikaraağaç rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Fəxrəddin Yazarın (55) idarə etdiyi “Metro Turizm” şirkətinə məxsus 63 DV 750 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, qatı duman və görmə məsafəsinin aşağı düşməsi səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəzanı görən digər avtomobil sürücülərinin xəbər verməsi ilə hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadaları gəliblər.
Bəzi yaralılar öz imkanları sayəsində, bəziləri də ətrafdakıların köməkliyi ilə salondan çıxıblar. Üç sərnişin isə avtobusun altında qalıb. Onlar xilasetmə briqadaları tərəfindən olduqları yerdən xilas ediliblər.
Nəticədə 4-ü ağır olmaqla 29 nəfər ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
![]()




Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












