Qəza 20-dən çox evi təbii qazsız qoydu - VİDEO

Lənkəran-Boradigah yolunun Separadi kəndindən keçən hissəsində yol qəzası baş verib.
Masallı sakini 27 yaşlı Elton Qafarov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı qaz borusuna, daha sonra ağaca çırpılıb.
Avtomobilin ön hissəsi ciddi zərər görüb.
Bu zaman nəqliyyat vasitəsində olan sərnişin Cavid İsayev orada sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib. Briqada üzvləri Cavid İsayevi xilas ediblər.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində qaz xətti zədələndiyindən, yaxınlıqda yerləşən 20-ə yaxın evə təbii qazın verilişi dayandırılıb.
Eyni zamanda, hadisə baş verən Lənkəran-Boradigah yolunda avtomobillərin hərəkəti bir saata qədər məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












