Qəza KABUSU – Günah sürücülərdədir, yoxsa yollarda?

Nəqliyyat həyatımızın ayrılmaz hissəsinə çevrilib. Vaxta qənaət etmək baxımından avtomobillərin həyatımızdakı rolu danılmazdır. Lakin hər gün baş verən yol-nəqliyyat hadisələri günümüzün acı reallığına çevrilib.
Demək olar ki, hər gün Azərbaycanda avtomobil qəzaları baş verir.
Maraqlıdır, yollar pis vəziyyətdədir, ya günah sürücülərdədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, Azərbaycanda avtomobil qəzalarının üç əsas səbəbi var:
“Birinci səbəb, yol hərəkəti iştirakçılarının qaydaları bilərəkdən pozmasıdır. İkinci səbəb yolların bərbad vəziyyətdə olmasıdır. Söhbət çala-çuxurlu, qaranlıq, nişanlanmayan yollardan gedir. Üçüncü səbəb isə yola çıxan avtomobillərin nasaz olmasıdır”.
E.Cəfərov qeyd edib ki, qəzaların sayını azaltmaq üçün bu üç səbəbi aradan qaldırmaq lazımdır:
“Bunun üçün 2018-ci ildə Ölkə başçısının imzaladığı Dövlət Proqramı var. Bu, 2019-2023-cü illəri əhatə edən proqramdır. Orada hər bir qurum qarşısında məsələ qoyulub. Qurumlar həmin məsələləri işləməli idi ki, bu ilə artıq avtoqəzalar 30% azalmış olsun. Təəssüf ki, bu məsələ sona kimi yerinə yetirilməyib, həll edilməmiş işlər var”.
Ekspert Elməddin Muradlı isə bildirib ki, yol-nəqliyyat hadisələrində sadəcə bir səbəbi əsas götürmək olmur:
“Əsas səbəb kimi sürücülərin diqqətsizliyini, yol-hərəkət qaydalarına əməl etməməsini, yol təsərrüfatındakı qüsurları, qaranlıqda yol işıqlarının yandırılmamasını və s. göstərə bilərik. Sürücülərdə özlərinə olan əminlik böyük faciələrə gətirib çıxarır.
Düzdür, ötən ilə nisbətən bu ilin Novruz bayramı tətilində yol-nəqliyyat hadisələri az oldu. Bu da aparılan profilaktiv tədbirlərin, təbliğatın nəticəsidir”.
“Ümumi olaraq, avtoqəzaların azalması əsas prioritet olmalıdır. Çünki yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında da prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıq bundan ibarətdir. Lakin təbliğat aparmadan, ciddi nəzarət mexanizmi qurmadan müsbət nəticə əldə etmək çətindir” – deyə, Elməddin Muradlı bildirib.
Sarayda zəncirvari qəza - FOTOLAR
Gəncədə “Baku Bus”qəzaya düşdü - FOTO
Maşın işıq dirəyinə çırpıldı - Sürücü ÖLDÜ
İsmayıllıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb
Əyləci tutmayan yük maşını faciəyə səbəb oldu: 1 ölü, 10 yaralı - VİDEO
Qəzaya səbəb olan qadın avtobus sürücüsü ilə mübahisə etdi - VİDEO
Cəlilabadda “Prius” və “VAZ” toqquşdu, sərnişin xəsarət aldı - VİDEO
Bakının mərkəzində iki sərnişin avtobusu toqquşdu - FOTO
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO










