Quba yolunda 3 maşın toqquşub, azyaşlı uşaqlar xəsarət alıb

Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (80-ci km) ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə yerində "Ford" markalı mikroavtobus iki minik maşını ilə toqquşub. Nail Məmmədovun idarə etdiyi mikroavtobus iki "Hundai" markalı avtomobilə çırpılıb. Maşınlardan birinin sahibi Zaur Hüseynovdur, digərinin sahibi adı, hələ ki məlum olmayan xanım sürücüdür. Sürücülərin üçü də Bakı sakinləridir. "Ford" markalı avtomobil Bakı istiqamətindən gələrkən, yolun əks istiqamətinə çıxaraq Qubadan gələn "Hundai"la, ardınca isə qadının idarə etdiyi maşınla toqquşub. Sonuncu maşında olan azyaşlı uşaqlar xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıblar. Digər sürücülər isə yüngül xəsarətlər alıblar. Avtomobillərə ciddi ziyan dəyib.
Bundan əlavə, qəzadan sonra avtomobil sahibləri arasında mübahisə düşüb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Avtomobil sahibləri arasında düşən mübahisəni sakitləşdirdikdən sonra, kimin günahkar olduğunun Avtoekspertizadan sonra məlum olacağı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












