Qubernatorun korteji partladıldı: 6 ölü, 7 yaralı - FOTO

Yəmənin mərkəzi Ədən vilayətinin qubernatoru Cəfər Məhəmməd Səad bazar günü terror aktında həlak olub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki ki, "canlı bomba" olan terrorçu idarə etdiyi maşını qubernatorun kortejinə yönəldib. Terrorçunun sürdüyü maşın partladıcı maddə ilə yüklənmişdi. Partlayışda qubernatorla bahəm, onun 6 mühafizəçisi də həlak olub, 7 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) boynuna götürüb. Yəməndə illərdən bəri vətəndaş müharibəsi davam edir. Yerli husilərin "Ənsar Allah" hərəkatı və sabiq prezident Əli Abdalal Salehə sadiq qoşunlarla qovulmuş prezident Əbd Rəbbo Mənsur Hadinin tərəfdarları vuruşurlar. Səudiyyə Ərəbistanını başçılıq etdiyi koalisiya Hadini hakimiyyətə qaytarmaq üçün ölkəyə qoşunlar yeridib, bombardmanları gerçəkləşdirir.



Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












