Rusiyada oğurluğa cəhd zamanı 12 vaqon relsdən çıxıb, ölən var

Rusiyanın Tula vilayətində oğurluğa cəhd nəticəsində 12 vaqon relsdən çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə dəmiryol xəttinin Uzlovaya-3-Jdanka hissəsində baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə ilə əlaqədar Uzlovaya-3-Jdanka istiqamətində qatarların hərəkəti dayandırılıb.
“Rusiya Dəmir Yolları” şirkətindən bildirilib ki, yük vaqonunun relsdən çıxmasının ehtimal olunan səbəbi metalların oğurlanması cəhdi olub. Şirkət qeyd edib ki, naməlum kişi vaqondan metalları yerə atıb, nəticədə metallar hərəkət edən qatarın altına düşərək vaqonların relsdən çıxmasına səbəb olub.
Qatardan metalları oğurlamağa cəhd edən şəxs vaqonların relsdən çıxması zamanı həlak olub.
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB












