Saatlıda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Saatlı rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaranuru kəndində qeydə alınıb.
Belə ki, “Mitsubishi” və “Jiquli” markalı avtomobillər toqquşub. Nəticədə Saatlı rayon sakinləri - 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu, 1958-ci il təvəllüdlü Səmədov Əbülfət Ərəstun oğlu, 1979-cu il təvəllüdlü Minbaşıyev Feyruz Əziz oğlu və 1977-ci il təvəllüdlü Teymurov Elşad Yunsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisi Saatlı Rayon Mərkəzi Xəstəxanası, digər ikisi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərinə səylərinə baxmayaraq, N.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












