Salyanda yol qəzası: üç nəfər xəsarət alıb

Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Salyanın Noxudlu kənd sakini, 24 yaşlı Tərlan Nəbi oğlu Məmmədov idarə etdiyi "Vaz-2107" markalı avtomobillə hərəkətdə olarkən digər "Vaz-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Tərlan Məmmədov və digər "Vaz-2107" markalı avtomobildə olan Salyan sakinləri, 52 yaşlı Samid Səməd oğlu Həsənov və onun 14 yaşlı oğlu Rəsul Samid oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












