Şəkidə maşın 7 metr hündürlükdən uçdu, ölən var

Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, bu gün Şəki ərazisində ağır yol qəza hadisəsi baş verib. Qəza zamanı avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarətləri alan sürücünün həyatını isə xilas etmək mümkün olmayıb.
Hadisə saat 14 radələrində Şəki-Qax yolunda, Şəkinin İncə kəndi ərazisində qeydə alınıb. 1954-cü il təvəllüdlü, Bakı sakini Bayramov Fəxrəddin Avaz oğlu 90-ST-230 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobil 7 metr hündürlükdən yuvarlanaraq kənd sakinlərindən birinin həyətyanı sahəsinə düşüb. Hadisədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza yerinə dərhal həkim briqadası cəlb olunub.
Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya aparılan sürücü həkimlərin səyinə baxmayaraq ambulansda dünyasını dəyişib. Qəzada avtomobil tamamilə yararsız hala düşüb. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












