Tovuzda yol qəzası: 5 nəfər yaralandı

Tovuzda 2-si azyaşlı olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. "Mercedes Vito " markalı mikroavtobusla "VAZ 2106" toqquşub.
Toqquşmadan sonra mikroavtobus yoldan çıxaraq yüksək gərginlik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Dərhal əraziyə "Azərişıq" ın əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir.
Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar Abulbəyli kənd sakinləri 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədovadır.
Faktla bağlı araşdırma aparılır.
report
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













