Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb
Qəzalar
14 Yanvar 2020 21:10
Oxunub 2376

Xəstəyə lazımi tibbi yardım göstərilib
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Kazımov Rəşad Rizvan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













