Toydan qayıdanlar qəzaya düşdü: Sabiq polis əməkdaşı öldü, yaralılar var - YENİLƏNİB

Samuxda qəzada ölən şəxs sabiq polis əməkdaşı olub.
Mnik maşının hasara çırpılması zamanı dünyasını dəyişən Elmar Əsgərov Samux Rayon Polis Şöbəsində çalışıbmış.
O, bir müddət əvvəl təqaüdə çıxıb. (apa)
***
Samuxda qəza nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Elmar Hüseynov hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.
***
Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə qəzaya düşənlər toydan qaydırmış.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












