Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
Qəzalar
18 İyul 2022 12:09
Oxunub 1102

Xaçmazda avtomobil velosipedçini vurub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Səid Tahirovun idarə etdiyi "Hyundai" markalı avtomobillə qarşı yoldan gələn, velosipedçi 2002-ci il təvəllüdlü Nazim İsayevi vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













