Xəstə aparan maşın qəzaya düşdü

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, hadisəyə təcili xəstəxanaya çatdırılmalı olan xəstəni aparan "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. Belə ki, o, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayıb və "Hyundai" Cəfər Xəndan küçəsi ilə hərəkət edən "Opel"ə çırpılıb. Nəticədə "Opel"in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












