Yevlaxda atın və sahibinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qalib Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az “Report”-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib. Hakim Toğrul Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 22-də keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub.
Hadisə nəticəsində at ölüb, sahibi, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş sonradan dünyasını dəyişib.
Q.Abbasova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












