Yol terroru - 2 ölü, 5 yaralı

Dünən respublikada baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Avtosfer.az DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Hadisəyə səbəb Qazax rayon sakini Elçin Mustafayevin idarə etdiyi “Ford Tranzit” markalı avtomobili aşırması olub. Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Zaqatala rayonunun Qımır kənd sakini Şahid Ramazanov axşam saatlarında idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı hasara vurub və nəticədə o, hadisə yerində ölüb. Başqa bir yol-nəqliyyat hadisəsi isə Gəncə şəhərində baş verib. Göygöl rayon sakini Gülnar Verdiyeva saat 16:00 radələrində şəhərin Nizami küçəsində yolu keçən zaman müəyyən edilməmiş avtomobillə vurulub. G.Verdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












