Yük və minik maşınları toqquşdu, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Hacıqabul-Bəhramtəpə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14.00 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində, Şirvan şəhəri ərazisində qeydə alınıb.
Şirvan sakininin idarə etdiyi "Ford" markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə Zəngilan rayon sakini Şirinov Ruslan Şahmirzə oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobilin sərnişini, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Şirinov Taleh Şahmirzə oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.
"VAZ 2107" markalı avtomobilin digər sərnişini və ölən şəxsin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şirinova Günəş Fizuli qızı xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onların azyaşlı uşaqları isə yüngül xəsarət alıb.
"Ford" markalı avtomobildə olan sərnişin - Şirvan sakini, 1972-ci il təvəllüdlü Rzayev Bəxtiyar Rəhməd oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.
-----------
15:29
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində qeydə alınıb. "Ford" markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə "VAZ 2107" markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şirinov Taleh Samir oğlu ölüb. T.Şirinov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan üç nəfər isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.




Döngəyə sərt daxil olan xanım sürücü avtomobillə qaraja girdi - FOTO
Şirvanda qəza: “Priora” ilə “VAZ” toqquşdu - VİDEO
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü - FOTO
Yasamalda təhlükəli ərazi: “Prius”dan sonra “Changan” da pilləkəndən düşdü - VİDEO
Parklanma yerindən çıxan sürücü özünü sola dönən maşına çırpdı - VİDEO
Yasamalda idarəetmədən çıxan “BYD” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Yeniyetmə “Prado” ilə qəza törədib 5 avtomobili əzdi – Polis araşdırmaya başladı – FOTO - VİDEO
Bayraq Meydanı yaxınlığında “BMW” motosikletlə toqquşdu - Yaralananlar var - VİDEO
Türkiyədə təkəri partlayan avtomobil aşdı - 3 nəfər ÖLDÜ
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı - VİDEO - YENİLƏNİB










