Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO

Son günlər sürücülərin sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb. Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb.
Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb, yol kənarındakı texniki avadanlığa isə ziyan dəyib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yorğun və yuxulu halda avtomobil idarə etməmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, yuxululuq diqqətin və reaksiyanın zəifləməsinə, hətta qısa müddətli mürgüləmə isə nəqliyyat vasitəsi üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.
Sürücülərə yuxululuq hiss etdikdə hərəkəti davam etdirməmək, təhlükəsiz yerdə dayanaraq istirahət etmək tövsiyə olunur.
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












