Bakıda yeni YOL BAĞLANTISI qurulur

"Mühüm layihələrdən biri də Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyası arasında yeni yol bağlantısının yaradılmasıdır".
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Bakının Baş Planı 2040 - Yeni inkişaf dövrü" adlı tədbirdə deyib.
O bildirib ki, hazırda layihənin təxminən 50 faizi tamamlanıb:
"Bu layihə Bakının ən yüklənmiş nəqliyyat dəhlizlərindən birində həyata keçirilir. Layihəyə dörd tunel, yeraltı keçidlər, piyada keçidləri və inteqrasiya olunmuş hərəkət həlləri daxildir. Məqsəd şəhərin müxtəlif hissələri arasında alternativ nəqliyyat marşrutu yaratmaq, əsas prospektlərdəki nəqliyyat yükünü azaltmaq və şəhər mərkəzində mobilliyi yaxşılaşdırmaqdır.
Bu layihə nəqliyyat axınlarının səmərəliliyini artıracaq, həm də şəhər mühitinə müsbət təsir göstərəcək.
Eyni zamanda, müasir şəhər yalnız avtomobillər üçün deyil, insanlar üçün layihələndirilməlidir. Buna görə də piyada təhlükəsizliyi və əlçatanlıq dövlət proqramının, eləcə də agentliyimizin əsas prioritetlərindən biridir".
Fariz Əzizov əlavə edib ki, Çinarlar yaşayış kompleksi ilə ətraf küçələri birləşdirən nəqliyyat və piyada tunelləri kimi layihələr məhz insanmərkəzli yanaşmanı nümayiş etdirir:
"Bu yanaşmada nəqliyyat infrastrukturu yalnız hərəkəti təmin etmir, həm də insanların rahatlığını və təhlükəsizliyini artırır. Həmçinin Həsən Əliyev küçəsi ilə digər əsas magistralları birləşdirəcək yeni yol bağlantıları alternativ marşrutların formalaşdırılmasına və şəhər üzrə nəqliyyat axınlarının daha rasional şəkildə bölüşdürülməsinə kömək edəcək.
Bu layihələrin hər biri ayrıca əhəmiyyət daşısa da, onların əsas gücü bütün tərəfdaş qurumlarla birlikdə vahid və inteqrasiya olunmuş metropoliten mobillik sisteminin yaradılmasındadır. Çünki müasir şəhər inkişafı bu gün yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsini deyil, həm də onların vahid sistem kimi əlaqələndirilməsini tələb edir".
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO












