Bu yolda yeni piyada keçidləri və panduslar təşkil olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.
Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin "Ukrayna dairəsi" istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun "Qara Qarayev" stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin "Ukrayna dairəsi" istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – "Daimi sağa dönmə" yol nişanı tətbiq edilib.
Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) işıqforların iş rejimini dəyişdirib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












